AZ

Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var VİDEO

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Moskvada mərkəzində Lubyanka meydanında yerləşən Mərkəzi Uşaq Mağazasında (“Detskiy mir”) partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, azı üç nəfər isə yaralanıb.

Səbəb qaz balonunun partlamasıdır

Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayışa binanın bir mərtəbəsində şarların doldurulması üçün istifadə edilən qaz balonunda sızma səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Partlayışdan sonra ticarət mərkəzindən ziyarətçilər və işçilər təxliyə olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

https://t.me/apa_az/102841

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
apa.az

8Mənbələr