AZ

Moskvada uşaq mağazasında PARTLAYIŞ: Ölən və yaralılar var - VİDEO

Moskvada Lubyanka meydanında yerləşən Mərkəzi Uşaq Mağazasında (“Detskiy mir”) partlayış baş verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, azı üç nəfər isə yaralanıb.
 

Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayışa binanın bir mərtəbəsində şarların doldurulması üçün istifadə edilən qaz balonunda sızma səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.


Partlayışdan sonra ticarət mərkəzindən ziyarətçilər və işçilər təxliyə olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
12
8
bizim.media

8Mənbələr