Norveç Almaniya ilə birlikdə mülki əhalini və hərbi infrastrukturu Rusiyanın hücumlarından qorumaq üçün Ukraynaya “Patriot” və radar sistemləri verir.
Publika.az xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi bəyanatında bildirilib.
Norveçin Baş naziri Jonas Qar Ştere bildirib ki, ölkə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 7 milyard Norveç kronu (təxminən 695,7 milyon dollar) ayırır.
Onun sözlərinə görə, Almaniya ilə birlikdə Norveç öz ərazisini və mülki əhalisini Rusiyanın hava hücumlarından qorumaq məqsədilə Ukraynaya dəstək vermək üçün güclü hava hücumundan müdafiə sistemləri təqdim edir. Norveç və Almaniya iki “Patriot” sistemi üçün pul ödəyir.