ain.az, Ayna saytına istinadən bildirir.
Norveç Ukraynaya 700 milyon dollarlıq hərbi yardım ayırıb
Norveç Almaniya ilə birlikdə mülki əhalini və hərbi infrastrukturu Rusiyanın hücumlarından qorumaq üçün Ukraynaya “Patriot” və radar sistemləri verir. AYNA.AZ Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi bəyanatında qeyd olunub.
Norveçin Baş naziri Jonas Qar Ştere bildirib ki, ölkə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təxminən 7 milyard Norveç kronu (təxminən 695,7 milyon dollar) ayırıb.
Onun sözlərinə görə, Almaniya ilə birlikdə Norveç öz ərazisini və mülki əhalisini Rusiyanın hava hücumlarından qorumaq məqsədilə Ukraynaya dəstək vermək üçün güclü hava hücumundan müdafiə sistemləri təqdim edir.
“Norveç və Almaniya iki “Patriot” sistemi üçün pul ödəyir”, - deyəq eyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.