“SpaceX” şirkəti tərəfindən bazar günü buraxılan təkrar istifadə edilə bilən “Cargo Dragon” yük kosmik gəmisi daşıyıcının ikinci bölməsindən ayrıldıqdan sonra orbitə daxil olub və Beynəlxalq Kosmik Stansiyaya yola düşüb. Avtosfer.az-ın məlumatına görə, yayım NASA-nın saytında aparılır.
Yüklərin orbitə çatdırılması üzrə 33-cü kommersiya missiyası çərçivəsində “Falcon 9” raket daşıyıcısının buraxılışı Kanaveral burnunda (Florida) kosmodromdan yerli vaxtla saat 02:45-də (Bakı vaxtı ilə saat 10:45) baş tutub. “Cargo Dragon”un orbital stansiyaya avqustun 25-də çatacağı gözlənilir.