AZ

“Cargo Dragon” yük gəmisi orbitə daxil olaraq Beynəlxalq Kosmik Stansiyaya yola düşüb

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

“SpaceX” şirkəti tərəfindən bazar günü buraxılan təkrar istifadə edilə bilən “Cargo Dragon” yük kosmik gəmisi daşıyıcının ikinci bölməsindən ayrıldıqdan sonra orbitə daxil olub və Beynəlxalq Kosmik Stansiyaya yola düşüb. Avtosfer.az-ın məlumatına görə, yayım NASA-nın saytında aparılır.

Yüklərin orbitə çatdırılması üzrə 33-cü kommersiya missiyası çərçivəsində “Falcon 9” raket daşıyıcısının buraxılışı Kanaveral burnunda (Florida) kosmodromdan yerli vaxtla saat 02:45-də (Bakı vaxtı ilə saat 10:45) baş tutub. “Cargo Dragon”un orbital stansiyaya avqustun 25-də çatacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
avtosfer.az

4Mənbələr