AZ

Bahar Muradova: Türkmənistan zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi

BAKI, 24 avqust. TELEQRAF

Prezident İlham Əliyevin Türkmənistana səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan türk dünyasının birliyinə tarixi töhfədir. 2025-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri sadəcə diplomatik və strateji gündəmlə məhdudlaşmadı. Bu səfər, həmçinin türkdilli dövlətlərin ortaq tarixi, mədəni və mənəvi köklər üzərində qurulmuş birliyinin daha da dərinləşdiyinin növbəti bariz nümunəsi oldu.

Bu sözləri Teleqraf-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Prezident İlham Əliyevin Türkmənistan səfərinin əhəmiyyətini şərh edərkən deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan üçtərəfli görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı: “Bu sənədlər arasında Transxəzər Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq memorandumu, enerji sahəsində informasiya və texnologiya mübadiləsi, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində sazişlər xüsusi əhəmiyyət kəsb edir. Razılaşmalar Türk dünyasının iqtisadi və logistik gücünün birləşdirilməsi, regionda alternativ enerji və davamlı inkişaf prinsiplərinin təşviqi, ərzaq təhlükəsizliyi və ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın təşəbbüsləri ilə Mərkəzi Asiya ilə Qafqazı birləşdirən inteqrasiya layihələri türk dövlətləri arasında qarşılıqlı asılılığı gücləndirməklə yanaşıregional sabitliyə də böyük töhfə verir. Xüsusilə qeyd etmək lazımdır ki, hər gün bir az daha güclənənbirliyimizin sarsılmaz dayağıdaha dərin və güclü bir reallığa - ortaq ruhumuz, mədəniyyətimiz və mənəviyyatımıza bağlıdır”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan, Türkmənistan və Özbəkistan xalqları əsrlər boyu eyni kökdən, eyni inamdan, eyni dildən və eyni mədəniyyət mühitindən qidalanıblar: “Bu gün biz rəsmi sənədlərə imza atırıq, ammabizi birləşdirən tarixdə daşlaşmış imzalar– Dədə Qorqudun nəsihətlərində, Məxtimqulunun misralarında, Nizamidən Nəvayiyə qədər uzanan ədəbi körpülərdə iz qoyub. Bizim xalqlarımız Novruzu birlikdə qeyd edib, qurban bayramında eyni dua ilə birləşib, eyni naxışla xalçalar toxuyub, eyni dastanları dinləyərək böyüyüb. Biz bu ortaq yaddaş üzərində formalaşan və yalnız zamanın yaratdığı fürsətləri vaxtında dəyərləndirən strateji tərəfdaş deyil həm də bir-birinə qırılmaz tellərlə bağlı böyük bir ailəyik. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, “Türk dünyası həm mənəvi güc mərkəzidir, həm də beynəlxalq münasibətlərdə ciddi təsirə malik bir qüvvədir”. Bu gün qardaş ölkələrin liderlərinin əl-ələ verərək, ortaq məqsədlər naminə bir araya gəlməsi, siyasimədəni və tarixi baxımdan münasibətlərimizi yeni bir müstəviyə daşıyır.

Bahar Muradova hesab edir ki, imzalanan sənədlər və atılan addımlar, gələcək nəsillərə daha sıx bağlarla birləşmiş bir türk dünyası miras qoymaq üçündür: “Bu birlik həm bizim gücümüzdür, həm də məsuliyyətimiz. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramınauyğun olaraq yalnız bugünün problemlərini həll etməyə deyil, həmçinin sabahın daha güclü, daha firavanvə daha qüdrətli türk dünyasının qurulmasına xidmət edir. Əminliklə söyləmək olar ki bu təməl üzərində yüksələn birliyimiz ortaq uğurlu gələcəyimizin ən etibarlı zəmanətidir”.

Seçilən
3
3
teleqraf.com

4Mənbələr