Kanada Ukraynaya təhlükəsizlik zəmanəti çərçivəsində hərbi qüvvələrini yerləşdirməyi istisna etmir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu bu gün Kiyevdə səfərdə olan Kanada Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
O, qeyd edib ki, son 3 ildə Kanada 45 min Ukrayna hərbçisinin peşəkar səviyyədə hazlanmasını təmin edib və bu bundan sonra da davam edəcək: "Ukraynanın təhlükəsizliyinə başlıca zəmanət güclü milli ordusudur. Biz Ukrayna ordudusunun təkmilləşdirilməsində və müasir arsenal ilə təminatında fəal iştirak edəcəyik. Əgər Ukrayna təhlükəsizliyi ilə bağlı koalisiya ölkələri də qatılacaqlarsa, hərbi qüvvələrin yerləşdirilməsini də istisna etmirik", - o, əlavə edib.