Kanada Ukraynaya əlavə 2 milyard dollar həcmində yardım paketi ayırıb.
“İki sahil” xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Kanada Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, bunun 800 milyon dolları təxirəsalınmaz hərbi sursatların və dronların təminatına sərf olunacaq. Kanadanın Baş naziri onu da bildirib ki, bu, son yardım paketi deyil.