Ajans.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyi tərəfindən yayılıb. Məlumata görə, rayonun Sərsurə kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin, bitişik sahəsi 70 m² olan talvarın, sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı sahəsi 70 m² olan tövlənin dam örtüyü və damına yığılan 8 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.