AZ

İsmayıllıda iki ev yandı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsmayıllı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, rayonun Sərsurə kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin, bitişik sahəsi 70 m² olan talvarın, sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı sahəsi 70 m² olan tövlənin dam örtüyü və damına yığılan 8 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
7
globalinfo.az

8Mənbələr