AZ

Coy Lens Mikels 40-a çatdı, 4-cü oldu

“Sabah”ın almaniyalı hücumçusu Coy Lens Mikels futbol üzrə Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

32 yaşlı futbolçu buna “Şamaxı”ya qalib gəldikləri (2:1) Azərbaycan Premyer Liqasının 2-ci turunun səfər matçında nail olub. Qarşılaşmada dubla imza atmış Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış etmiş futbolçu 86-cı matçında bunu reallaşdırıb.

Mikels turnirin tarixində 40 və daha çox qol vurmuş 68-ci futbolçudur. O, bunu bacaran legioner statuslu 9-cu oyunçudur.

Coy Lens Mikels Premyer Liqada eyni klubda 40 və daha çox qola sevinmiş 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdullah Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdir.

Seçilən
25
11
arena.az

10Mənbələr