AZ

Premyer-liqamızda 68-ci

“Sabah”ın futbolçusu Coy-Lens Mikels premyer-liqasında 40-cı qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı almaniyalı legionerin yubileyi Misli premyer-liqasının 2-ci turuna təsadüf edib. “Şamaxı” ilə səfər görüşündə dubla imza atan Mikels ikinci qolu ilə “40”a çatıb. Ölkəmizdə yalnız bir klubda çıxış edən futbolçu 86-cı matçında buna nail olub.

Mikels turnirin tarixində 40 və daha çox qol vuran 68-ci futbolçudu. O bunu bacaran legioner statuslu 9-cu oyunçudu.

Coy-Lens premyer-liqada eyni klubda 40 və daha çox qola sevinən 27-ci futbolçu kimi tarixə düşüb. O, Abdulla Zubir, Reynaldo Silva (hər ikisi “Qarabağ”) və Fernando Peresdən (“Bakı”) sonra eyni klubda ən azı bu qədər qol vuran 4-cü legionerdi.

Xatırladaq ki, “Sabah” səfərdə 2:1 hesablı qələbə qazanıb.

Seçilən
24
7
football-plus.az

10Mənbələr