AZ

Bu suda gigiyenik nöqsanlar aşkarlanıb

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Abşeron rayonu, Türkan qəsəbəsində içməli su istehsalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinq keçirib.

Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
23
baku.ws

10Mənbələr