AZ

Türkandakı su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı SƏBƏB

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərazisində fəaliyyət göstərən, fiziki şəxs Sakit Hüsi oğlu İbrahimova məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
10
oxu.az

10Mənbələr