ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 17 milyard 394,8 milyon manat olub.
Bu barədə “APA-Economics”ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 faiz azaraq 9609,4 milyon manata, qeyri-ərzaq malları isə 11,9 faiz artaraq 7785,4 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,0 faiz artmışdır. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Xatırladaq ki, bu dövrdə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29 milyard 642 milyon manatlıq, o cümlədən 16 milyard 262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.