Bu ilin yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 17 milyard 394,8 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 faiz azaraq 9 milyard 609,4 milyon manata, qeyri-ərzaq malları isə 11,9 faiz artaraq 7 milyard 785,4 milyon manat olub. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2 faiz artıb.
İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.