AZ

Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 16 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 864,3 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə real ifadədə 15,7 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 496,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 57,5 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,3 % artaraq 1 milyard 242,2 milyon manat olub.

Seçilən
6
12
report.az

10Mənbələr