AZ

Bakıda ortaaylıq əməkhaqqı artıb

2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% artaraq 1374,9 manat təşkil edib.

Bu barədə Xezerxeber.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib. 
Qeyd edək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq 1095 manata bərabər olub.

Seçilən
31
9
xezerxeber.az

10Mənbələr