AZ

Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb

2025-ci ilin yanvar-mayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib. Bu barədə Bakı Şəhər Statistika İdarəsi  məlumat verib.

Hesabat dövründə paytaxt üzrə əməkhaqqı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,1% artım göstərib.

Ümumilikdə, ölkə üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin yanvar-may aylarında 1 095,0 manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% artıma bərabərdir.

Gülnar 

Seçilən
29
1
anews.az

10Mənbələr