AZ

MİQ üzrə müsahibələrin dördüncü günündə 869 nəfər dəvət olundu

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində avqustun 25-də ibtidai sinif, kimya, Azərbaycan dili, ingilis dili, informatika və tarix fənləri üzrə müsahibələr təşkil edilib.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Publika.az-a bildirilib ki, müsahibələrin dördüncü günündə 869 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Seçilən
60
12
publika.az

10Mənbələr