AZ

MİQ üzrə müsahibələrin dördüncü günündə 869 nəfər dəvət olundu

  Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində avqustun 25-də ibtidai sinif, kimya, Azərbaycan dili, ingilis dili, informatika və tarix fənləri üzrə müsahibələr təşkil edilib.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Referans-a bildirilib ki, müsahibələrin dördüncü günündə 869 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.  

Seçilən
10
12
referans.az

10Mənbələr