AZ

İki ay əvvəl Füzulidə kanalda boğulan yeniyetmənin meyiti tapılıb - VİDEO - YENİLƏNİB

Füzulidə Baş Mil Kanalında tapılan meyitin kimə aid olduğu məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, meyitin iyunun 26-da su kanalında batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadəyə aid olduğu bilinib.

***

17:50

Füzulidə Baş Mil Kanalından meyit tapılıb.

APA-nın yerli müxbiri xəbər verir ki, suyun tunel hissəsində axtarışlar nəticəsində aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.

Meyitin iyunun 26-da su kanalında batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadəyə aid olub-olmaması araşdırılır.

***

17:24

Füzulidə Baş Mil Kanalı qurudulub.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, buna səbəb 2 aya yaxın müddətdə Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.

Belə ki, yenitemənin axtarışları kanalın Mahmudlu kəndi ərazisindən keçən tunel hissəsində mümkün olmayıb.

Kanalda suyun verilişinin dayandırılmasından sonra FHN-nin əməkdaşları tuneldə suyun xüsusi texnikalarla boşaldılması və axtarış əməliyyatlarına başlayıb.

Axtarış əməliyyatları davam etdirilir.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal olunur.

Seçilən
18
5
apa.az

10Mənbələr