AZ

Füzulidə Baş Mil Kanalından meyit tapılıb

Füzulidə Baş Mil Kanalından meyit tapılıb.

Far.Az apa-ya istinadən xəbər verir ki,, suyun tunel hissəsində axtarışlar nəticəsində aşkar olunan meyit aidiyyəti üzrə təhvil verilib.

Meyitin iyunun 26-da su kanalında batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadəyə aid olub-olmaması araşdırılır.

***17:32

Füzulidə Baş Mil Kanalı qurudulub.

Far.Az apa-ya istinadən xəbər verir ki, buna səbəb 2 aya yaxın müddətdir Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.

Belə ki, yenitemənin axtarışları kanalın Mahmudlu kəndi ərazisindən keçən tunel hissəsində mümkün deyilmiş.

Kanalda suyun verilişinin dayandırılmasından FHN-nın əməkdaşları tuneldə suyun xüsusi texnikalarla boşaldılması və axtarış əməliyyatlarına başlayıb. Axtarış əməliyyatları davam etdirilir.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal olunur.

Seçilən
30
8
far.az

10Mənbələr