AZ

"Qarabağ" portuqaliyalı futbolçu ilə güclənir

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb. 23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək.

Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

Seçilən
11
3
operativmedia.az

10Mənbələr