AZ

“Qarabağ” kolumbiyalı futbolçu ilə RAZILIĞA GƏLDİ

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək.Qeyd edək ki, Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib. Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
bizim.media

10Mənbələr