“Elə məsələlər var ki, onları mətbuat qarşısında müzakirə etmək doğru deyil”.
"Cebheinfo.az" xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 2-ci turunda səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Çalışdırıcı büdcə dəyişiklikləri ilə bağlı sualı cavablandırarakən deyib ki, işləri təhlillər əsasında qururlar: “Mövsüm bitdikdən sonra rəhbərliklə müəyyən məsələləri müzakirə etdik. Büdcə azalsa da, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək”.
“Bilirdik ki, rəqib aqressiv və istəkli olacaq. Oyun elə də başladı. “Qəbələ” hesabı açdı. Ondan sonra komandamız daha sürətli oynadı. Çox vacib qollar vurub qələbə qazandıq. Bu, bizim üçün olduqca kritik qalibiyyət idi. Çempionatda həmişə birinci qələbəni qazanmaq çətin olur. 4 gün sonra “Kəpəz”lə vacib matçımız var. Tez bərpa olub həmin oyuna köklənməliyik”, - baş məşqçi vurğulayıb.
"Cebheinfo.az"