AZ

Məktəbli çantası neçəyə başa gəlir?

Bakı. Trend:

Yay mövsümü artıq geridə qalır, valideynlər isə övladlarını yenidərs ilinə hazırlayırlar.

Trend-inəməkdaşı məktəb ləvazimatlarının qiymətlərini və müştərilərinhazırkı alıcılıq maraqlarını araşdırıb.

Müşahidələr göstərir ki, ən çox istifadə edilən məhsul olandəftərlərin qiymətləri vərəq sayına görə 15 qəpikdən başlayır. Beləki, 12 vərəqli sadə dəftərlər 15 qəpiyə, daha keyfiyyətli olanlarisə 30 qəpiyə satılır. 20 vərəqli dəftərlər 25, 40 vərəqlilər isə45 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif olunur. Təbii ki,bunlarla yanaşı, daha keyfiyyətli və brend olan, böyük ölçülüdəftərlər də var ki, onların qiymətləri də 1.6-2.2 manat arasındadəyişir.

Kitab və dəftər üzləri 10-30 qəpik arası müştərilərə təqdimolunur. Qələmlərin qiymətləri isə 30 qəpikdən başlayır.

Satıcıların sözlərinə görə, bu il qiymətlərdə müəyyən artımlarolsa da, bazarda həm seçim, həm də alıcılıq gücü var. Satıcılardeyir ki, qiymətlər normaldır. Mərkəzi bazarda məktəb ləvazimatısatan sahibkarlardan biri olan Rauf bəy qiymət artımlarının ciddiolmadığını bildirib:

“Keçən ilə nisbətən dəftərlərdə və qələmlərdə cəmi 5-10 qəpikbahalaşma var. Məktəbli çantalarında isə 2-3 manat fərq müşahidəolunur. Fikrimcə, bu artım normaldır, çünki məhsulların maya dəyəridə dəyişib”.

Başqa bir satıcı, Nigar xanım isə keyfiyyət fərqlərininqiymətlərə birbaşa təsir etdiyini bildirir:

“Ucuz çantalar 25-30 manatdan başlayır, amma keyfiyyətli brendçantalar 80-100 manata qədər qalxır. Hətta 110 manata belə çantavar. Valideynlər, əsasən, orta qiymət aralığını seçirlər. Bununlabelə keyfiyyətli məhsula üz tutanlar da kifayət qədərdir”.

Dəftərlərin qiymətləri isə daha çox vərəq sayına görədəyişir.

Satıcı Elçin bəy bununla bağlı deyir ki, sadə dəftərlər 20qəpikdən başlayır, amma vərəqlər artdıqca qiymət də artır:

"Daha keyfiyyətli, qalın kağızlı dəftərlər 1 manatdan 1 manat 24qəpiyə qədər yüksəlir. Keyfiyyəti daha aşağı olan dəftərlər isədaha ucuzdur. Yəni hər büdcəyə uyğun məhsullar bazarda yerinialır”.

Bəs valideynlər bu barədə nə deyir?

Valideynlər isə qiymət artımlarının ailə büdcəsinə təsiretdiyini vurğulayırlar. Üç uşağı məktəbə gedən Vüsalə xanım deyirki, orta hesabla 100 manat xərcləyib:

“Amma bu, sadəcə dəftər-qələm, çanta və digər ləvazimatlaraaiddir. Əvvəlki illərdən bilirik ki, bu ləvazimatlar ancaq bir neçəay kifayət edir. Dərs ili boyunca əlavə xərclərimiz də olacaq”.

Digər bir valideyn, Kamran bəy əlavə vəsait tələb edən testdəftərlərinin problem yaratdığını söyləyir:

“Şagirdlərdən əlavə olaraq sinif testlərini də tələb edirlər.Qiymətləri o qədər də baha olmasa da, əlavə xərcdir”.

Nigar xanım isə qiymət artımlarına baxmayaraq, övladlarınıkeyfiyyətli məhsullarla təmin etməyə çalışdıqlarını deyir:

“Ucuz dəftər alsan, keyfiyyətli olmur, qələmlər də keyfiyyətsizolanda uşaqlar rahat yaza bilmir. Ona görə məcbur qalıb nisbətənyaxşı məhsul seçirik. Düzdür, bu, büdcəyə əlavə yükdür, ammauşaqların təhsili üçün qənaət etməyə də ürəyin gəlmir".

Seçilən
16
6
az.trend.az

7Mənbələr