AZ

Gəncə şəhəri üzgüçülük üzrə turnirə ev sahibliyi edəcək

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Sentyabrın 13-ü və 14-ü Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (ARGİN) ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCC) dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək. Yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.”Qafqazinfo” xəbər verir ki, hər hansı bir klubu təmsil edən və WA balı (keçmiş FINA) 300-dən çox olan idmançıların nəqliyyat (Bakı-Gəncə-Bakı), otel və qidalanma xərcləri qarşılanacaq. Qeyd olunan meyarlara uyğun olmayan idmaçılar da istəklərinə əsasən turnirdə iştirak edə bilərlər, lakin onlar üçün yalnız nəqliyyat təşkil olunacaq. Qeydiyyat bu link (https://forms.gle/y66Ud8HjogqrH2t69) üzərindən aparılır. Son tarix – 9 sentyabr (23:59).Xatırladaq ki, Gəncə şəhəri 3-cü MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
7
qafqazinfo.az

10Mənbələr