AZ

Gəncədə üzgüçülük yarışı KEÇİRİLƏCƏK

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 13-14-də Gənclər və İdman Nazirliyi (GİN) ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞHƏŞ) dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək.

AÜF-dən hafta.az-a verilən məlumata görə, yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.

Xatırladaq ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışın açılış və bağlanış mərasimləri müvafiq olaraq, 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq. Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

Seçilən
19
6
hafta.az

10Mənbələr