AZ

Cadillac Azərbaycan Qran Prisinin qaliblərini Bakıya gətirəcək

Idman.biz saytına istinadən ain.az xəbər verir.

"Cadillac" komandası 2026-cı ildə ilk dəfə Formula 1 çempionatında iştirak edəcək heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, komanda təcrübəli pilotlar, çoxsaylı Qran Pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmi olaraq elan edib.

Onlar birlikdə 527 Qran Priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirir.

Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran Prisinin ikiqat qalibidir. O, "Red Bull Honda"nın heyətində 2021 və 2023-cü illərdə Bakıda qalib gəlib. Valtteri Bottas isə 2019-cu ildə "Mersedes" komandasının tərkibində Azərbaycan Qran Prisinin qalibi olub.

"Cadillac" 2026-cı ildən etibarən Formula 1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.

Azərbaycan Qran Prisi 2026-cı ildə sentyabr 24-26-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
10
icma.az

10Mənbələr