Bakı, 26 avqust, AZƏRTAC
“Cadillac” 2026-cı ildə ilk dəfə Formula 1 çempionatında iştirak edəcək heyətini açıqlayıb.
Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, komanda təcrübəli pilotlar, çoxsaylı Qran-pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmi olaraq elan edib.
Onlar birlikdə 527 Qran-priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.
Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran-prisinin ikiqat qalibidir. O, “Red Bull Honda” heyətində 2021 və 2023-cü illərdə Bakıda birinci olub. Valtteri Bottas isə 2019-cu ildə “Mersedes” komandasının tərkibində öləmizdəki yarışda qalibiyyət əldə edib.
Cadillac 2026-cı ildən etibarən Formula 1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.
Azərbaycan Qran-prisi bu il 24–26 sentyabr tarixlərində keçiriləcək.