AZ

Energetika Nazirliyində Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüş keçirilib

Energetika nazirinin müavini Kamal Abbasov ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimba ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin digər sahələrlə yanaşı energetika sahəsində də inkişafı imkanları müzakirə edilib, ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı dəstək və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Ölkəmizdə neft-qaz, elektrik enerjisi, bərpa olunan enerji, enerji səmərəliliyi istiqamətlərində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. Eyni zamanda Uqandanın neft-qaz sektoru, mədən sənayesi, hidroenerji potensialından bəhs olunub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.  

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
20
4
xalqqazeti.az

5Mənbələr