AZ

Azərbaycan və Uqanda arasında energetika sahəsində əməkdaşlığın inkişafı dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan və Uqanda arasında münasibətlərin energetikasahəsində inkişafı imkanları müzakirə edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

Məlumata görə, müzakirələr energetika nazirinin müavini KamalAbbasovun Azərbaycanda səfərdə olan Uqanda Respublikasının xariciişlər üzrə dövlət naziri Con Mulimba ilə görüşü çərçivəsində baştutub.

Görüşdə iki ölkə arasında münasibətlərin digər sahələrlə yanaşıenergetika sahəsində də inkişafı imkanları müzakirə edilib,ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlıdəstək və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

"Ölkəmizdə neft-qaz, elektrik enerjisi, bərpa olunan enerji,enerji səmərəliliyi istiqamətlərində görülən işlər, həyatakeçirilən layihələr barədə məlumat verilib. Eyni zamanda, Uqandanınneft-qaz sektoru, mədən sənayesi, hidroenerji potensialından bəhsolunub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri nəzərdənkeçirilib", - məlumatda bildirilib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
21
4
az.trend.az

5Mənbələr