AZ

Epik miras və onun öyrənilməsinə müasir yanaşma: mif və reallıq - Yunus OĞUZ yazır


Hər bir xalqın tarixində, onuntarixinin öyrənilməsində, keçmişinə nəzər salmaqla yanaşı əcdadları ilə fəxr edilməsində maddi mirasla bərabər qeyri - maddi miras da əvəzsiz rol oynayır.

Maddi mirasınnövləri müxtəlif olduğu kimi (məsələn ailə mirası, təbiət mirası, daşınar və daşınmaz miras, qorunması vacib olan təbiətin yaratdığı abidə, tarixi abidələr və sairə miraslar), qeyri- maddi miraslar da müxtəlifdir. Qeyri- maddi irsə, yaxud mirasa isə mədəniyyətin müxtəlif sahələri daxildir. Bu qeyri-maddi irsin ən möhtəşəmi və bədii yaradıcısı epik miraslardır, çunki epik əsərlərin mərkəzində,cox zaman yaradıcı insan durur. Epik əsərləri yaradanlar insanlar olsa da bəzən elə olur ki, şifahi xalq ədəbiyyatında bir neçə əsr boyunca xalq yaradır və onu yaşadır. Hələ ta qədimdən fəlsəfənibütün elmlərin şahı hesab edirdilər, lakin başqa elmlər inkişafetdikcə onlarmüstəqilləşdilər. Fəlsəfədə elmin ən güclü sahəsi olan məntiq qaldı. Bu sözləri təsadüfən diqqətinizə çatdırmadım. Belə ki, epikəsərlərin ən güclü tərəfiMəntiq və Yaradıcı Sözdür. Məntiqsizolsaqvə sözün böyüklüyünə inanmasaq bir insanın, bir ailənin, bir xalqın sevincini, sarsıntısını, dərdini, gizli görüşlərini, psixoloji yaşantılarını və sairə hallarını ədəbiyyata və mirasa çevirə bilməyəcəyik və buepik miras kimi dəhəyata vəsiqə qazanmayacaqdı.

Bəs epik miras, yaxud irs deyəndə nə nəzərdə tutulur?Bu sözün kökü eposdan qəlir vəmüəyyən hadisəni danışmaq, nəql etmək anlamındadır.

Epik əsərlərdə insanların, tiplərin, personajlarınpsixoloji durumları, xarakterləri ətraflı, baş verən hadisələrin, həttamühitin təsviri üçün tamamlanmış imkan yaradır. Belə ki, əsəri yaradan müəllifgeniş imkanları ilə yanaşı, təxəyyülündən geniş istifadə edir, oxucunun qəlbini tam ram etmək və əsərini sevdirmək üçün bütün yaradıcı üsüllara əl atır. Lakin əsərin böyük və kiçikliyindən asılı olaraq bir neçə süjet ətrafında hadisələr qurulur, sistem daxilində, sözün gücündən istifadə edən müəllif düşünülmüş quruluş verir. Epik əsərin həcmindən(kiçik, orta, böyük) asılı olaraq,ordakı tiplərin sayı nəzərə alınaraq geniş və yığcam verilir. Bəzən epik əsərin qəhrəmanı bir anın (kiçik), bəzən bir dövrün (orta), bəzən isə bir neçə nəsil (böyük) götürüləbilər. Məsələn, "Manas" dastanı bir dövrün, yəni dövlətin yaranması dövrünü əhatə edir. "Dədə Qorqud" dastanı isə müxtəlif əsrləriözündə birləşdirir. "Koroğlu" dastanıbizə sifahi xalq yaradıcılığının ən yüksək məqamını təgdim edir. Homer isə "İlliada" əsərındə yunanlarla troyalıların (turobalıların) bir-birilərinə qarşı apardıqları müharibədən bəhs edir. Amma, adlarını çəkdiyim bütün əsərlərin bütün süjet xətləri mükəmməl verilib. Burada mif və reallıqlar da mövcüddur. Bu barədəbir qədərsonra danışacağıq. Epik miras bir əsər kimi bizə şifahi və yazılı halda gəlib çatır və üç formada ola bilər: nəşr, nəzm və nəsr və nəzm bir yerdə. Epik mirasın şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, dastan, əfsanə və lətifədir. Şifahi xalq ədəbiyyatında ən cox yayılan janrlar isə nağıl, dastan və lətifədir. Nağıl epik janrı və dastanlar minillərməxsus olduğu xalqın həyatını, fərdlərin həyatını formalaşdıran mirasdır, hər xalqın qəhrəmanı bu janrlarda müstəsna rol oynayır vənəticədə ədalət və xeyir şərə qalib gəlir. Amma bir məsələ var ki, bu eposu yaradan xalq, yaxud müəllif öz xalqını, onun epos qəhrəmanının xeyir surətiniyaradır, əksqəhrəmanı, yaxud qonşu xalqı şər qüvvə kimi görür vəoxalq məğlub edilir. Burada mifik qəhrəman daha çox sevilir. Məsələn Ə.Firdovsinin "Şahnamə" eposu bu qəbildəndir. Əvvəl xeyir və şər allahları yer üzündə mübarizə aparırlar, sonra isə bu mübarizə İran və Turan arasında müharibələrə çevrilir. Sonralarbu dövlətlərin siyasiquruluşu, dünyabaxışı, ideologiyası reallığa dönür. Daha sonrabu mifi yenə həyatda bərpa etməkistəyənlərvə bu mif ideyanı yeni nəsillərə ötürənlər tapılır. Adını çəkdiyimiz əsərdə sasani ideologiyasını bərpa etmək istəyənlər, həm də onun imperiyasını qurmaq arzusuna düşürlər və bunun uğrunda mübarizə aparırlar. Elə Turan, Qızıl Alma, aparılan mübarizədə yol göstərən "Boz Qurd" bu qəbildəndir. Qeyd etmək lazımdır ki, bu gün bu obrazlar miniilərdən gələn, qanımıza işləyən bu mifik obrazlar gənclərarasında geniş yayılıb və bunu reallığa çevirmək istəyənlər kifayət qədərdir. Dastanlar isə özlüyündəiki janra ayrılır; qəhrəmanlıq və sevgi. Elə dastanlar var ki, hər iki janrı özündə birləşdirir. Qeyd etmək lazımdır ki, buepik janrda müsbət obrazlar həm sevgisi,həm də ədalətli cəmiyyətdə yaşamaq uğrundamübarizə aparırlar. Lətifə epik janrı qısa və lakonikdi. Adətən lətifə qəhrəmanı məntiqi və hazırcavablığı ilə seçilir və nəyisə,ya da hansısa sözü tam dəqiqliklə və sərrast deyir. Lətifə qəhrəmanı qarşısındakını gülüş obyektinə çevirir və hətta sərrast cavabı ilə özü cəmiyyətdəsevilir. Məsələn, lətifə qəhramanlarından "Bəhlul Danəndə", yaxud "Molla Nəsrəddin" minillərdir xalqın qəhrəmanıdır. Lətifələr bəzən ezop dilində də deyilir. Şifahi bədii yaradıcılığın epik irsində hələ də istifadə olunan "atalar sözləri" də janrdır. Təəssuflər olsun ki, hələ də müasir dövrümüzdə atalar sözləriniepik irsəsalmaq istəməyənlərdə var. Lakin, bu janr epikirsimizin ən qədimidir. Belə ki, insan yaranışdansöz ucalığından istifadə edib. Bu janr isə çox lakonikliyilə seçilir. Belə ki, insan qarşısındakını incitməmək, təhqir etməmək, yaxud da böyüklər kiciklərin yanında nüfüzlarınıitirməmək üçün bu növdən istifadə edirlər. Yazılı ədəbiyyatın isə epikmirasın aşağıdakıjanr növləri vardır:

Təmsil

Şeir vəya nəsrlə yazılmış, heyvanların, quşların dilindən deyilən satirikxarakterli tərbiyəvi bədii əsər. Təmsil qısa olur və insanları düşündürür. Əsas isə belə əsərlərdə insanların psixoloji cəhətdən düşdükləri durumlar və xüsusiyyətlərheyvan və ya quşların dilindən oxuculara çatdırılır.

Hekayə

Bədii yaradıcılığın kiçik həcmli, eyni zamanda məntiqli süjetli əsərin bir növüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, burada insan həyatının xüsusiyyəti, yaxud hər hansı bir canlıya yönələn konkret səhnəsini təsvir edir. Bu səhnədə qəhrəmanın həyat anı, onun psixoloji durumu təsvir edilir.

Novella, felyeton, satira

Bu hekayə janrına daxil edilsə də satirayumor, tənqidi, gülməli məzmun daşıyır.

Belə janrda əsasən insanların, dövrün çatışmamazlıqları tənqid olunur, gülüş hədəfinə çevrilir.

Oçerk

Kiçik həcmli olur, insandan, yaxud hər hansı obyektdən bəhs edən bir əsərdir, həm də yığcam şəkildədir.Oçerk əmək və döyüş adamlarının qəhrəmanlığından bəhs edə bilər, yaxud cəmiyyətin hər hansı hissəsindən baş verən hadisələr qələmə alınır.

Povest

Həcmcə hekayədən böyükdür, orta janra aid edilir və hadisələrin bir neçə süjet xətti olur, təsviri isə genişdir. Povest hadisələrin müəyyən bir dövrünü özündə əks etdirir. Psixoloji tiplərin sayı çoxdur, müəyyən hadisələrinsanların düşüncələrini aça bilməsinə imkan verir.

Roman

Epik mirasımızın ən gənc janrlarından biri olsa da, ən böyüyüdür. Romanın əsas xüsusiyyətlərindən biri geniş və əhatəli olmasıdır. Burada böyük həcmdə süjetlər və yüzlərlə qəhrəman ola bilər. Bəzən bu janr böyük bir dövrü təsvir edir. Şeirlə yazılan əsər isə mənzum roman adlanır.

Dramaturgiya

Bu janr teatrlaşdırılmış və səhnələşdirilmiş xalq oyunlarını, bayramları və ayinləri özündə kəsb edən ən qədim janrlarından biridir. Elə indinin özündə adət-ənənələrimizə uyğun tamaşalar qurulur. Məsələn, "Yada daşı"ayini yağış yağdırmaq üçün; "Kosa-kosa" oyunu Yeni günün (Novruz)gəlməsilə bağlıdır.Hətta yas mərasimlərinin də keçirilməsi səhnələşdirilir.

Orta əsrlərdən başlayaraq teatrlaşdırılmış və səhnələşdirilmiş bu janr dramaturgiyaya çevrildi və satirik və dramatik növlərə bölündü.

Poema

İri həcmli nəzm əsəridir. Bu janrda müəyyən hadisələr kiçik, yaxud böyük dövrü əhatə edə bilər. Burada hər şey lirik verilir. Qəhrəmanın sevgisi, təbiətin vəsfi və lövhələri geniş təsvir edilir, qəhrəmanın daxili aləminə, psixoloji durumuna geniş nüfuz edilir. Hadisələrin epik təsvirinə geniş yer verildikdə isə epik-lirik adlanır.

Xatirə, yaxud memuar

Müəllifin şəxsən özünün şahidi olduğu hadisələri qələmə aldığı əsərlər xatirə janrına daxildir. Burada müəllif özünün bütöv bir dövrünü, ya da böyük bir dövrdə yaşadığına görə, iştirakçısı olduğuhadisələriqələmə ala bilər. Buna bəzən memuar da deyilir və vahid süjet xəttindən kənarda olur.

Yuxarıda qeyd etdiyimiz kimi maddi miras, yaxud qeyri- maddi miras mövcuddur. Qeyri-maddi mirasın da ən yüksək səviyyəsi epik miras, yaxud irsdir. Təəssüflər olsun ki, əksər müəlliflər bu iki mirası ayrı-ayrılıqda təsvir və təsəvvür edirlər, onların birini, əsasən epik mirasların bəzisini mifə, digərini reallığabağlayırlar. Amma onların vəhdət təşkil etməsini yaxına belə buraxmaq istəmirlər.

Düşünürük ki, mifdə reallıq, reallıqda mif mövcuddur.

Məsələn, Şliman "İlliada" əsəri əsasında Troya (Turoba) şəhərini tapmasaydı, on doqquzuncu əsrin sonuna qədər hamı elə bilirdi ki, onun yazdığı əsər mifdir və heç bir reallığa uyğun gəlmir. Amma, Şliman bu şəhəri tapmaqla mifi reallığa çevirdi.

Yaxud on doqquzuncu əsrdə Gültəkin abidələri tapılanda Orxon-Yenisey yazıları ortaya çıxmasaydı, bu abidələrin min üç yüz il ərzində mif olduğunu düşünürdülər, hər iki nümunədə bizə qalan təbiətinörtdüyü mirası minillərdən sonra mifi reallığa yönəltdi. Maddi mirasmifi də reallığa çevirdi. Təbiətin qoynunda gizlədilən və bizim mif hesab etdiyimiz epik miraslar yerlərini reallığa verdikcə insanların dünya baxışları dəyişir, dövlətinin və millətinin tarixinə yenidən baxmağa məcbur olur. Yaxud, səyyah və etnoqraf ÖvliyaÇələbi Azərbaycanın Dərbənd şəhərində olanda qeyd edirdi ki, yerli əhali Dədə Qorqudun qəbri bu şəhərdədir deyirdi. Halbuki, bütün türklərvə dünya onu mifik şəxs hesab edirdi. Lakin "Dədə Qorqud" dastanının əlyazmaları Vatikandan və Drezdendən tapılanda epik miras mifdən reallığa çevrildi.

Heç şübhə etmirəm ki, "Manas" eposunda qırğızların Altay dağlarından Pekinə qədər getməsinin və təbiətin gizlətdiyi mirasınınbu gün möhtəşəm epos kimi təqdim edilən faktlar bir gün mifin reallıq olduğunu göstərəcək. Daha bir misal. Türk əfsanələrində, dastanlarında türklərin kosmik bağlılığı çox açıq göstərilir. Lakin bu gün dünya inkişaf etdikcə və fəza biliklərimiz artdıqca göylərlə bağlı yaranan miflərimiz bir gün reallığa çevriləcək.

Çünki mifin içində reallıq, reallığın içində mif var.

Yunus OĞUZ

Seçilən
3
5
baki-xeber.com

6Mənbələr