Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var. Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. "Mercedes" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü A.Həsənova, 1990-cı il təvəllüdlü G.Hüseynova, 1986-cı il təvəllüdlü Z.Həsənov və daha 2 nəfər müxtəlif nərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, qəzaya düşənlər toya gedirmiş.