Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.az"“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Yeganə Əsgərova, 1990-cı il təvəllüdü Gülşən Hüseynova, 1981-ci il təvəllüdlü Oleq Titiov, 1989-cu il təvəllüdlü Zamin Həsənov və 1996-cı il təvəllüdlü Ayşən Həsənova xəsarət alıblar.
İlkin məlumata görə, yaralılar Gəncə şəhərində toy məclisinə gedirlərmiş.