Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar bundan sonra Ukraynanın maliyyələşdirilməsində iştirak etməyəcək.
Referans xəbər verir ki, onun çıxışının videoyazısı Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna münaqişəsini dayandırmaq cəhdlərini davam etdirəcək.
Tramp qeyd edib ki, ABŞ NATO müttəfiqlərinə “milyardlarla dollar dəyərində raket və hərbi texnika satır”. Beləliklə, onlar bütün münaqişəni maliyyələşdirəcəklər və Vaşinqton heç nə almayacaq.
"Düşünürəm ki, bu vacib məqamdır, çünki çoxları bunu başa düşmür", - Amerika prezidenti əlavə edib.
Avqustun 4-də Ukraynanın müdafiə naziri Denis Şmıxal ABŞ və NATO-nun ölkəyə dəstək üçün yeni PURL mexanizmini işə salmaq qərarına gəldiyini açıqlayıb. Onun sözlərinə görə, yeni mexanizm Şimali Atlantika Alyansına üzv ölkələrə könüllü töhfələr hesabına Amerika silah və texnologiyalarının Ukraynaya tədarükünü maliyyələşdirməyə imkan verəcək.
Daha sonra Almaniya Xarici İşlər Nazirliyi Amerika silahlarının Ukraynaya tədarükünü maliyyələşdirmək üçün 500 milyon dollar ayrıldığını açıqlayıb. Onlar pulun PURL mexanizmi çərçivəsində ayrılacağını dəqiqləşdiriblər./ /publika.az