ABŞ-ın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Metyu Uitaker Qərb hərbi-siyasi blokunun üzvü olan ölkələri PURL (Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı) təşəbbüsü çərçivəsində Ukrayna üçün Amerika silahları almağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ tərəfi Ukrayna münaqişəsinin bitməsini istəyir. Uitaker qeyd edib ki, o, Vaşinqtonun Şimali Atlantika Alyansındakı müttəfiqlərinin Kiyevə PURL təşəbbüsü, sonradan Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi üçün Amerika silahları alması və ya digər dəstək formaları vasitəsilə kömək etməsində israr etməkdə davam edir.
Uitaker xatırladıb ki, Qərb hərbi-siyasi bloku Kiyevi dəstəkləmək üçün müxtəlif təşəbbüslərə malikdir. Onların arasında Çexiyanın sursat tədarükü təklifi də var.