BAKI, 27 avqust. TELEQRAF
ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın günlərdə Ukrayna nümayəndələri ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Fox News” telekanalı məlumat yayıb.
Uitkoffun sözlərinə görə, o, bu həftə Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüşəcək. Xüsusi nümayəndə bu görüşü "çox ciddi siqnal" adlandırıb.
Uitkoff vurğulayıb ki, ABŞ Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün Rusiya ilə hər gün dialoq aparır.