AZ

Uitkoff bu həftə Ukrayna rəsmiləri ilə görüşəcək

Yaxın günlərdə ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiv Uitkoff və Ukrayna nümayəndələri arasında görüş baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın "Fox News" telekanalı məlumat yayıb.

Uitkoff bu həftə Nyu-Yorkda Ukrayna rəsmiləri ilə görüşəcəyini deyib və görüşü "çox ciddi siqnal" adlandırıb.

Xüsusi elçi vurğulayıb ki, ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə gündəlik dialoq aparır.

Seçilən
6
4
publika.az

10Mənbələr