Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Seysmik hadisənin maqnitudası 6,2-dir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 276 km məsafədə yerləşib”, – məlumatda bildirilir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.