Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudada zəlzələ olub.
Gundem.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumatda qeyd olunur: "Zeysmik hadisənin maqnitudası 6,2-dir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən məsafəsi 276 km-də yerləşib".
Tələfat və dağıntılar barədə məlumat yoxdur.