AZ

Bu iki ölkə müharibəyə hazırlaşır: Görün hansı gəmiləri bölgəyə göndərirlər

Karib hövzəsində tədricən müharibəyə gətirib çıxaracaq hadisələr baş verir. Döyüş gəmiləri göndərən Venesuela ABŞ-ın gələn həftə Karib dənizinə nüvə sualtı qayığı göndərməyi planlaşdırdığını iddia edib.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, Venesuelanın xarici işlər naziri Dri İvan Gil-Pinto “Telegram” hesabında bu barədə məlumat paylaşıb.

“ABŞ gələn həftə raket kreyseri, sürətli hücum edən nüvə sualtı qayığı və digər döyüş gəmilərini göndərməyi planlaşdırır”, - deyə o yazıb.

Venesuelanın BMT-dəki daimi nümayəndəliyindən verilən açıqlamada ABŞ administrasiyasının düşmən hərəkətləri və təhdidləri ilə regional sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığı vurğulanıb.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün Karib dənizinin ərazi sularına daha ​​böyük tonajlı gəmilər göndərildiyini açıqlayıb:

Seçilən
5
2
publika.az

3Mənbələr