Karib hövzəsində tədricən müharibəyə gətirib çıxaracaq hadisələr baş verir. Döyüş gəmiləri göndərən Venesuela ABŞ-ın gələn həftə Karib dənizinə nüvə sualtı qayığı göndərməyi planlaşdırdığını iddia edib.
Hurriyyet.az xəbər verir ki, Venesuelanın xarici işlər naziri Dri İvan Gil-Pinto “Telegram” hesabında bu barədə məlumat paylaşıb.
“ABŞ gələn həftə raket kreyseri, sürətli hücum edən nüvə sualtı qayığı və digər döyüş gəmilərini göndərməyi planlaşdırır”, - deyə o yazıb.
Venesuelanın BMT-dəki daimi nümayəndəliyindən verilən açıqlamada ABŞ administrasiyasının düşmən hərəkətləri və təhdidləri ilə regional sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığı vurğulanıb.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün Karib dənizinin ərazi sularına daha böyük tonajlı gəmilər göndərildiyini açıqlayıb:
“Bu, Kolumbiyanın sərhəd bölgələrinə göndərilən qoşunların sayının artırılmasını nəzərdə tutan “Katatumbo İldırımı” əməliyyatı çərçivəsində edilib. Biz, həmçinin müxtəlif missiyalar, vətəndaşlara xidmət, kəşfiyyat və müşahidə məntəqələri, Maracaibo gölündə və Venesuela körfəzində dəniz patrulları və daha böyük tonajlı gəmilərimizin şimal sularımıza əhəmiyyətli dərəcədə yerləşdirilməsi üçün pilotsuz uçuş aparatları yerləşdirəcəyik”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Latın Amerikasında narkotik kartelləri ilə mübarizə apardığını iddia edərək, imzaladığı fərmanla ordudan istifadənin artırılmasnı əmr etmişdi.
Publika.az