AZ

KIV: Almaniya məcburi hərbi çağırışı bərpa edə bilər

Almaniya kansleri Fridrix Merzin kabineti çərşənbə günü orduda çağırışı artırmağı hədəfləyən qanun layihəsini təsdiqləyəcək.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, bu addım, Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranan yeni təhlükəsizlik risklərinə cavabın bir hissəsidir.

Qeyd olunub ki, yeni qanun ilkin mərhələdə könüllü xidməti nəzərdə tutur, lakin ehtiyac olarsa, 2011-ci ildə dayandırılmış məcburi çağırış bərpa oluna bilər. Qanun parlamentdən keçdikdən sonra gələn ilin yanvarında qüvvəyə minəcək.

Seçilən
6
2
apa.az

4Mənbələr