AZ

KİV: Almaniya məcburi hərbi çağırışı bərpa edə bilər - YENİLƏNİB

Almaniya hökuməti günü orduda çağırışı artırmağı hədəfləyən qanun layihəsini təsdiqləyib.


APA bu barədə Reuters-ə istinadən xəbər verir.


Qanun layihəsində ilkin mərhələdə könüllü xidmət nəzərdə tutulur, lakin ehtiyac yaranacağı təqdirdə, 2011-ci ildə dayandırılmış məcburi çağırış bərpa oluna bilər.


Qeyd edək ki, Almaniya 2030-cu illərin əvvəllərinə kimi orduda şəxsi heyətin sayını 180 000-dən 260 000-ə qədər artırmaq niyyətindədir.

***

10:56

Almaniya Kansleri Fridrix Merzin kabineti çərşənbə günü orduda çağırışı artırmağı hədəfləyən qanun layihəsini təsdiqləyəcək.

APA “Bloomberg”ə istinadən xəbər verir ki, bu addım Rusiyanın Ukraynaya təcavüzündən sonra yaranan yeni təhlükəsizlik risklərinə cavabın bir hissəsidir.

Qeyd olunub ki, yeni qanun ilkin mərhələdə könüllü xidməti nəzərdə tutur, lakin ehtiyac olarsa, 2011-ci ildə dayandırılmış məcburi çağırış bərpa oluna bilər.

Qanun parlamentdən keçdikdən sonra gələn ilin yanvarında qüvvəyə minəcək.

Seçilən
8
2
apa.az

4Mənbələr