İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərbində radikal Həmas hərəkatının təhlükəsizlik aparatının rəhbəri Mahmud əl-Əsvədi öldürüb.
NOCOMMENT.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzzanın qərbində HƏMAS-ın təhlükəsizlik aparatına rəhbərlik edən terrorçu Mahmud əl-Əsvədi vuraraq məhv edib”, – deyə məlumatda bildirilir.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Əl-Əsvəd HƏMAS hərəkatının “təhlükəsizlik aparatında əsas fiqur olub” və “terror təşkilatı üçün mühüm məlumat mənbəyi kimi xidmət edib”.