AZ

HƏMAS-ın təhlükəsizlik aparatının rəisi öldürüldü

BAKI, 27 avqust. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının qərbində Fələstinin HƏMAS hərəkatının təhlükəsizlik aparatının rəisi Mahmud əl-Əsvədi öldürüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzzanın qərbində HƏMAS-ın təhlükəsizlik aparatına rəhbərlik edən terrorçu Mahmud əl-Əsvədi vuraraq məhv edib”, - məlumatda bildirilib.

Ordunun mətbuat xidmətinin məlumatına görə, Əl-Əsvəd HƏMAS Hərəkatının təhlükəsizlik aparatında əsas fiqur olub və təşkilat üçün mühüm məlumat mənbəyi kimi xidmət edib.

Seçilən
25
5
teleqraf.com

10Mənbələr