ain.az, Apa.az portalına istinadən məlumat verir.
2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artaraq 17 milyard 394,8 milyon manat olub.
Bu barədə “APA-Economics”ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, cari ilin I yarımilində ən yüksək pərakəndə ticarət dövriyyəsi Nəsimi rayonunda qeydə alınıb. Bu dövrdə Nəsimidə 2 milyard 794.1 milyon manatlıq məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7% çoxdur.
Bu siyahıda ikinci yerdə Nizami rayonu gəlir. Belə ki, Nizamidə pərakəndə ticarət dövriyyəsi 1 milyard 995.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4% çoxdur.
Üçüncü yerdə isə Xətai rayonu dayanır. Cari ilin yanvar-iyul aylarında Xətai rayonunda pərakəndə ticarət dövriyyəsinin həcmi 1 milyard 929.7 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4.9% çoxdur.
Pərakəndə ticarət dövriyyələrinin ən yüksək artım faizi Pirallahı (161% artım) və Nəsimi ( 10.7% artım) rayonlarında, azalma faizi isə Sabunçu ( 0.1% azalma) rayonunda qeydə alınıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 9 milyard 609,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 11,9 faiz artaraq 7 milyard 785,4 milyon manata bərabər olub.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə pərakəndə ticarət dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb azalma faizləri verilib.
Bakının rayonları
Ticarət dövriyyəsi, min manatla
Əvvəlki dövrlə müqayisədə (Faizlə)
Nəsimi
2794109,5
10,7% artıb
Nizami
1995184,7
3,4% artıb
Xətai
1929695
4,9% artıb
Qaradağ
1849457,3
3,2% artıb
Nərimanov
1780412,3
6,9% artıb
Sabunçu
1728217,1
0,1% azalıb
Yasamal
1439242,1
2,4% artıb
Səbail
1357370,2
2% artıb
Binəqədi
1323946,9
2,1% artıb
Suraxanı
708248,6
0,1% artıb
Xəzər
466939,5
9,3% artıb
Pirallahı
21956,1
161% artıb
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.